TƏCİLİ: Tramp qərar verdi – MÜHARİBƏ BAŞLADIbackend

TƏCİLİ: Tramp qərar verdi - MÜHARİBƏ BAŞLADI

ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlardan getdikcə daha çox narazı qalır və genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması variantını ciddi şəkildə nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Ağ Ev rəhbəri Hörmüz boğazının bağlı qalmasından və İran rəhbərliyindəki fikir ayrılıqlarının Tehranın nüvə danışıqlarında güzəştə getməsinə mane olmasından narahatdır. Bildirilir ki, Tramp prosesin uzanmasına görə “səbrini itirməyə başlayıb”.

CNN-in həmsöhbətləri qeyd ediblər ki, İranın son təklifi Ağ Evdə ciddi narazılıq yaradıb.

Tramp həmin təklifi “tamamilə qəbuledilməz” və “axmaq” adlandırıb. Bu isə Vaşinqtonda İran tərəfinin danışıqlara ciddi yanaşıb-yanaşmadığı ilə bağlı şübhələri artırıb.

Telekanalın məlumatına görə, Tramp administrasiyası daxilində İran məsələsində fərqli mövqelər mövcuddur. Pentaqon daha sərt yanaşmanın tərəfdarıdır və hesab edir ki, İranı danışıqlar masasına qaytarmaq üçün yeni zərbələrlə onun mövqeləri daha da zəiflədilməlidir.

Digər tərəfdən, administrasiyada diplomatik səylərə şans verilməsinin vacibliyini düşünənlər də var. Eyni zamanda, Trampın ətrafındakı bir çox şəxs Pakistan vasitəçilərinin İranla təmaslarda daha açıq və qətiyyətli davranmasını istəyir.
Bəzi amerikalı rəsmilər isə hesab edir ki, Pakistan tərəfi Vaşinqtona İranın mövqeyini olduğundan daha müsbət formada təqdim edir və Trampın narazılığını Tehrana tam şəkildə çatdırmır.

Məlumata görə, mayın 11-də Donald Tramp Ağ Evdə milli təhlükəsizlik komandası ilə yenidən görüşərək İranla bağlı mümkün addımları müzakirə edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*