Trampın əli şişdi, rəngi dəyişdi – Fotobackend

Trampın əli şişdi, rəngi dəyişdi - Foto

ABŞ Prezidenti Donald Trampın Viskonsində jurnalistlər qarşısında çıxışı zamanı çəkilmiş və sağ əlində göyərməni göstərən foto sosial şəbəkələrdə yayılıb.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Aaron Rupar məlumat paylaşıb.

“Əlin üst hissəsi adətən rəng dəyişikliyi ilə seçilsə də, fotoda qırmızımtıl-göyümtül və hətta daha tünd çalar görünür. Barmaqların ucunda çıxıntılı damarlar, qırışlar və qalınlaşmış, şişkin barmaqlar diqqət çəkir”, – materialda qeyd olunub.

Şəkli paylaşan Rupar bunun aspirin qəbulu və ya Ağ Evin izah etdiyi kimi çoxsaylı əl sıxışmalarından qaynaqlanmadığını ehtimal edib.

Daha sonra Rupar Trampın prezident təyyarəsində jurnalistlərlə söhbəti zamanı çəkilmiş daha bir fotosunu yayımlayıb. Həmin fotoda Trampın əlinin xeyli şişkin olduğu görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*