Tibb Universitetində ginekoloq ixtisası üzrə neçə oğlan təhsil alır? – AÇIQLAMAbackend

Tibb Universitetində ginekoloq ixtisası üzrə neçə oğlan təhsil alır? - AÇIQLAMA

Ginekoloq dedikdə ağıla ilk qadınlar gəlsə də, bu sahə üzrə həmçinin kişilər də fəaliyyət göstərir.

Düzdür, ölkədə bu ixtisas bir o qədər də geniş yayılmayıb, lakin ginekoloq kimi kişi həkim axtaran qadınlar da az deyil.

Maraqlıdır, o qədər də kütləvi olmayan, lakin ehtiyac duyulan bu sahədə ölkə üzrə neçə oğlan ixtisaslaşır?

Konkret.az bildirir ki, bu barədə suallara Tibb Universitetinin mətbuat katibi Günel Aslanova Modern.az-a açıqlamasında cavab verib.

Onun sözlərinə görə, keçən il ümumi respublikada ginekoloq ixtiasını bitirən oğlan olmayıb:

“Qızlar da, oğlanlar da “müalicə işi” üzrə daxil olub, sonradan ginekologiyanı seçə bilirlər. Rezidentura mərhələsində artıq bilinir ki, bu sahə üzrə neçə nəfər təhsil alacaq.

Bu il ginekoloq ixtisasını seçən qızlar olsa da, oğlanlardan heç biri bu istiqamətə yönəlməyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*