TikTok videosunda donuz əti yediyinə görə qadına 2 il həbs cəzası VERİLDİbackend

TikTok videosunda donuz əti yediyinə görə qadına 2 il həbs cəzası VERİLDİ

İndoneziya məhkəməsi bir qadını yayımladığı TikTok videosuna görə 2 il həbs cəzasına məhkum edib.

KONKRET.az xəbər verir ki, videoda Lina Lutfiawati-nin donuz əti yeməkdən əvvəl müsəlman duasını oxuduğu görünür.

Video qısa zamanda milyonlarla baxış toplayıb. İslam qanunlarına görə donuz əti haram sayılır.

Məhkəmə, 33 yaşlı qadının qəsdən “dini zəmində nifrət və düşmənçiliyə yönəlmiş məlumat yaydığına” görə, ona 250 milyon rupi (16,249,59 ABŞ dolları) məbləğində cərimələyib.

“Mən səhv etdiyimi bilirəm, amma belə bir cəza gözləmirdim”, – Lutfiawati deyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*