Tovuzda təcili yardımın əməkdaşı qəzaya düşdü, vəziyyəti ağırdır – FOTObackend

Tovuzda təcili yardımın əməkdaşı qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO

Tovuzda minik maşını işıq dirəyinə çırpılıb, sürücü ağır xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Hərəkətdə olan “Mersedes” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil  yoldan çıxaraq yol kənarındakı işiq dirəyinə çırpılıb. Qəza zamanı sürücü 1990-cı il təvəllüdlü Anar Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, xəsarət alan şəxs Tovuz rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Tovuzda təcili yardımın əməkdaşı qəza düşüb, vəziyyəti ağırdır - FOTO

Unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*