Trampın Ərdoğana yazdığı nalayiq məktub təəccübə səbəb oldu – VİDEObackend

Trampın Ərdoğana yazdığı nalayiq məktub təəccübə səbəb oldu - VİDEO

ABŞ prezidenti Donald Trampın 2019-cu il 9 oktyabrda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana yazdığı məktub öz ölkəsinin mediasında gülüş hədəfinə çevrilib, Türkiyədə isə təəccübə səbəb olub.

KONKRET.AZ Bizimyol.info-ya istinadən xəbər verir ki, dövlət başçısına ən yaxın media orqanı olan Fox TV aparıcısı Tris Regan məktubu oxuyarkən özünü gülməkdən saxlaya bilməyib. Gülüşə səbəb isə Trampın çox nalayiq şəkildə yazdığı məktubun sonunda “sizi telefonla arayacam” deməsi və hörmətlər ifadə etməsidir. Halbuki məktubun mətni heç də siyasi etikaya sığmayıb.

Məktubun mətni belədir:

Hörmətli Prezident,

Gəlin ortaq bir məxrəc əldə edək. Siz minlərcə insanın öldürülməsini məsuliyyətinizin üzərinizə almaq istəmərsiniz, mən də Türkiyənin iqtisadiyyatını yox etmək istəmirəm. Edə biləcəklərimin kiçik bir nümunəsini Rahib Branson məsələsi ortaya çıxanda sizə göstərmişdim.

Sizin probemlərinizi həll etmək üçün çox çalışıram. Dünyanı məyus etməyin. Yaxşı bir razılaşma əldə edə bilərsiniz. General Mazlum (Şahin Çilo adlı PKK-çı) sizinlə müzakirələr aparmaq istəyir, güzəştlər etməyə razıdır. Mənə yazdığı məktubu da sizə göndərirəm. Əgər bunu doğru və humanist bir şəkildə edə bilsəniz, tarix sizi yaxşı yadda saxlayacaq. Əgər yaxşı hadisələr baş verməyəcəksə, tarix sizi əbədiyyən şeytan olaraq görəcək. Qəddar bir adam olmayın. Axmaq olmayın. Sizə daha sonra zəng edəcəm.

Hörmətlə, Donald Tramp!”

Qeyd edək ki, Türkiyə mediası bu məktubu ciddi qəbul etməyib. Çünki türk qoşunlarının “Barış bulağı” əməliyyatı bütün təhdid və hədələrə kifayət qədər kəskin cavab olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*