Ukraynada məktəb bağlandı – Koksaki virusubackend

Ukraynada məktəb bağlandı - Koksaki virusu

Ukraynanın Odessa şəhərində orta məktəblərdən biri Koksaki virusunun yayılması ilə əlaqədar karantinə bağlanıb.

KONKRET.AZ-ın Trend-ə istinadən məlumatına görə, məktəbdə yoluxanların sayı barədə bildirilməsə də, şagirdlərin 30 faizdən çoxunda xəstəlik aşkarlandığı təqdirdə karantin tətbiq olunur.

Hazırda şagirdlər həkim müayinəsindən keçirilir.

Qeyd edək ki, Koksaki virusu səpki ilə müşayiət olunan kəskin respirator xəstəlikdir və bu virusa yoluxma sürətlə baş verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*