Usta təmir etdiyi avtomobili OĞURLADIbackend

Usta təmir etdiyi avtomobili OĞURLADI

Bakıda usta təmir etdiyi avtomobili oğurlayıb.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Lexus” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin sexdə usta işləyən Bakı şəhər sakini Qurban Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*