Xaçmazda 500 ailə boşandı – ŞOK STATİSTİKAbackend

Xaçmazda 500 ailə boşandı – ŞOK STATİSTİKA

KONKRET.az-ın bölgə müxbiri rayonun müvafiq qurumlarına istinadən xəbər verir ki, bu ilin 9 ayı ərzində Xaçmazda 500 ailə dağılıb. Onların 403-ü uşaqlı, qalanları isə uşaq sahibi olmayan çütlüklərdir. Boşanmaların 400-ü məhkəmələr vasitəsi ilə rəsmiləşdirilib. 100 ailə isə uşaq sahibi olmadıqları üçün nigahlarını qeydiyyat şöbələrində ləğv ediblər. Ayrılan çütlüklərin 90 faizini şəhərdə nigaha girənlər təşkil edir. Qeyd edək ki, 9 ay ərzində Xaçmazda ümumilikdə 644 nigah qeydə alınıb. Onların 456-sı şəhərdə, 188-i isə kəndlərdə baş tutub. Bu il ərzində rayonda 1026 uşaq dünyaya gəlib. Onların 269-nu nigahdan kənar doğulanlar təşkil edir. Rəqəmlərdən də məlum olduğu kimi Xaçmazda bu il ailə quranların 50 faizi sonradan boşanıblar. Yeri gəlmişkən, Xaçmazda 9 ay ərzində 775 insan vəfat edib.

Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*