Xaçmazda avtomobil piyadanı vuraraq öldürdübackend

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Xaçmazın Çarxı kəndi istiqamətində “VAZ-2106” markalı avtomobil yolu keçən piyada, 1962-ci il təvəllüdlü Cəfərov Rahid Dadaşbala oğlunu vurub.

KONKRET.az-ın məlumatına görə, piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

R.Cəfərovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, R.Cəfərov sərxoş olub.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*