Xəritə yayıldı: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir – Qeqamyanbackend

Xəritə yayıldı: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir – Qeqamyan

“Dünən Azərbaycanda fəaliyyət göstərən kartoqraflar assosiasiyası “Zəngəzur dəhlizi” adlanan xəritəni dərc edib.

Bu xəritəyə baxsaq, görərik ki, Ermənistanın yer adları türkləşdirilib və yol üzərində keçid məntəqələri barədə heç bir işarə yoxdur“.

KONKRET.az globalinfo-ya istinadən əbər verir ki, bu fikirləri erməni türkoloq Varujan Qeqamyan deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə Türkiyənin böyük müxalifət mediası və geniş auditoriyası olan ODA TV diqqətçəkən məlumatlar yayıb:

“Məlumatda qeyd edilir:

Birincisi, Ermənistan hakimiyyəti razılaşıb ki, Sünikdə – Meğridən Qafanadək olan təxminən 1200 kv.km ərazi faktiki olaraq Türkiyə və Azərbaycanın idarəsinə verilsin.

İkincisi, Marqarada yerləşən Ermənistan-Türkiyə sərhədindəki kiçik neytral zona Türkiyənin xüsusi inzibati nəzarətinə veriləcək.

Bu informasiyanın dəqiqliyi bu mərhələdə o qədər də vacib deyil.

Əsas məsələ odur ki, həm Türkiyədə, həm də Azərbaycanda Sünik bölgəsinə dair geniş fəaliyyətlər, o cümlədən informasiya kampaniyaları aparılır. Xüsusilə Türkiyə və Azərbaycanda “Zəngəzur dəhlizinin” açılması üçün böyük hazırlıqlar gedir. Demək olar ki, hər gün xüsusi reportajlar, analizlər, tədbirlər keçirilir. Bu tədbirlərdə əsas mövzu dəhlizdir. “Zəngəzur dəhlizi” artıq Türkiyənin dövlət protokollarının bir hissəsinə çevrilib.

Məsələn, Türkiyə rəsmiləri Ermənistanla və Naxçıvanla sərhəddəki bölgələrə gedəndə yerli məmurları dəhlizin açılması münasibətilə təbrik edirlər.

Bu mövzu indi həm də Türkiyə və Azərbaycanın daxili siyasətinin mühüm bir hissəsinə çevrilib. Bütün səviyyələrdə dəhliz haqqında danışılır. Nəticədə, “Zəngəzur dəhlizi” ideyası artıq cəmiyyət tərəfindən dəstəklənən aydın bir ictimai tələbə çevrilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*