Xose Bernardo canlı efirdə qardaşıyla bıçaqlanmasının təfərrüatlarını danışdı: “Xanımın keçmiş əridi”backend

Xose Bernardo canlı efirdə qardaşıyla bıçaqlanmasının təfərrüatlarını danışdı: "Xanımın keçmiş əridi"

Tanınmış aparıcı Xose Bernardo ATV-nin canlı efirində olub.

KONKRET.AZ xəbər verir ki, o, “Bizimləsən” verilişində qardaşıyla özünün bıçaqlanması hadisəsinin təfərrüatlarını açıqlayıb.

Aparıcı Zaur Bəxşəliyevə bildirib ki, əslində hər şey saytlarda yazıldığı kimi olmayıb: “Ən çox bıçaq zərəbəsini qardaşım alıb. Evdə idik, birdən qışqırıq səsi eşidildi. Pirallahıda həyət evində yaşayırıq. Tez çölə çıxdım, gördüm ki, qardaşım qan içindədir. Qardaşım 15 yerindən – boğazından, ürəyindən, qarın boşluğundan bıçaqlanıb. Xəstəxanada əməliyyat zamanı dalağını çıxartdılar. İndi ayılıb, amma reanimasiyadadı, vəziyyəti ağır olaraq qiymətləndirilir. Daha sonra qardaşımı vuran şəxslə mən əlbəyaxa oldum. O mənədən cüssəli olduğu üçün, gücüm çatmadı. Bir də gördüm ki, bıçaq qoluma girib. Sabah əməliyyat olunmalıyam”.

Zaur Bəxşəliyev Xosedən qardaşı Rafael Hüseynovu bıçaqlayan şəxsin kimliyi haqqında soruşub:

“Artıq qardaşımı bıçaqlayan şəxs polislər tərəfindən elə həmin gecə saxlanılıb. O, qardaşımın sevgilisinin keçmiş həyat yoldaşıdır. 2 ildir ki, ayrılıblar və artıq ikinci dəfə ailə qurub. Amma birinci arvadının qardaşımla olan münasibətini eşidən kimi yəqin qısqanclığı tutub. Həmin axşam xanım da bizim evdə idi. Qardaşımı izləyirmiş ki, həyətə çıxan kimi hadisəni törətsin. Cinayəti də məhz qısqanclıq zəmnində törətdiyini və həmin gün içkili olduğunu düşünürəm”, – deyə Xose Bernardo bildirib.

Video yüklənir…

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*