YAP-dan Ramiz Mehdiyevin həbsinə reaksiyabackend

YAP-dan Ramiz Mehdiyevin həbsinə reaksiya

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı həbs qərarı və bir çox məsələlərin ortaya çıxması təəssüf doğurur. Bu işin araşdırılması üçün həmin sahənin mütəxəsisləri ciddi şəkildə axtarış aparıb, faktları tapıblar, sübutlar var.

KONKRET.az xəbər verir ki, bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.

O qeyd edib ki, uzun müddət dövləıt idarəçiliyində yüksək postda açlışmış şəxsin sonradan belə məllərini ortaya çıxıb:

“Eyni zamanda bu əməllər araşdırılmalıdır ki, o hansı dövrdə olub. Bunu da araşdırmaqmaq lazımdır. Ola bilsin ki, o işdən çıxdıqdan sonra nalayiq işlərlə məşğul olmağa başlayıb. Məhkəmə olacaq və orada bu məsələlər açılacaq.”

Arif Rəhimzadə bildirib ki, vəzifəsindən tutuduğu postdan asılı olmayaraq xətan varsa cəzanı çəkəcəksən: “Demokratiyanın ən bariz nümunıəsi də məhz budur. Ola bilsin ki, onun iş dövründə böyük nailiyyətləri də olub. Amma eyni zamanda xəta edirsənsə ona cavab verməlisən, cəzasını çəkməklisən”.

YAP İdarə Heyətinin üzvü Ramiz Mehdiyevin hazırda YAP Veteranlar Şurasında qaldığını da bildirib: “Ancaq onun YAP-da heç bir fəaliyyəti yoxdur. Bu məsələ olmasaydı belə o YAP-dan uzaqlaşdırılmalı idi. Bununla bağlı hələlik hər hansı bir məsələ qaldırılmayıb. Amma mütləq qərar veriləcək”.

YAP-dan Ramiz Mehdiyevlə bağlı reaksiya: Üzvlükdən çıxarılacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*