Yaponiyada 5,9 bal gücündə ZƏLZƏLƏ – AES-də nasazlıq yarandıbackend

Yaponiyada 5,9 bal gücündə ZƏLZƏLƏ - AES-də nasazlıq yarandı

Yaponiyanın İşikava prefekturasında ardıcıl baş verən 5,9 və 4,8 bal gücündə iki yeraltı təkan zamanı ilkin məlumata görə, 5 binaya ciddi ziyan dəyib.

KONKRET.az xəbər verir ki, bu barədə prefektura rəhbərliyi məlumat yayıb.

Bildirilib ki, ada ərazisindəki atom elektrik stansiyalarından birində müvəqqəti nasazlıq baş versə də, qısa müddətdə aradan qaldırılıb.

Prefekturanın yüksək dağlıq ərazilərindəki bəzi evlərdə xırda çatlar əmələ gəlib. Hazırda tikinti briqadaları təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işlərə cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*