Yas mərasimində dava: Bir nəfər bıçaqlandıbackend

Yas mərasimində dava: Bir nəfər bıçaqlandı

Şəmkir rayonunda yas mərasimində bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Alıyev İdris İbrahim oğlu yas mərasimində mübahisə zəminində üz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə 1990-cı il təvəllüdlü Ruslan Rəşid oğlu Bağırov olduğu müəyyənləşib. Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*