Zelenski Henri Kissincerlə görüşdübackend

Zelenski Henri Kissincerlə görüşdü

Ukrayna lideri Vladimir Zelenski Uoll-strit rəhbərləri və nüfuzlu iş adamları ilə görüşüb, müharibədən dağılmış ölkəni və onun iqtisadiyyatını bərpa etmək səylərini müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, JPMorgan Chase tərəfindən çağırılan dəyirmi masaya keçmiş Google baş direktoru Erik Şmidt, milyarder Mayk Blumberq, New England Patriots-un sahibi Robert Kraft, hedcinq fondunun milyarderi Bill Akman, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer və milyarder Barri Sternlixt daxildir.

Manhettenin mərkəzində keçirilən görüşün əsas məqsədi Ukraynanın bərpasına dəstək və sərmayə qoymaq yollarını müzakirə etməkdir.

Qeyd edək ki, Zelenski ABŞ prezidenti Co Baydenlə görüşmək üçün cümə axşamı Ağ Evə getməyi planlaşdırır.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*