2068-ci ildə dünyanı gözləyən qorxunc fəlakət – Alimlərdən xəbərdarlıqbackend

2068-ci ildə dünyanı gözləyən qorxunc fəlakət – Alimlərdən xəbərdarlıq

Tədqiqatçılar Apofis asteroidinin “Yarkovski effekti” adlanan bir fenomen səbəbindən sürətləndiyini aşkar ediblər.

KONKRET.az xəbər verir ki, xaos tanrısının adını daşıyan üç futbol sahəsi ölçüsündə asteroidin dünyaya yaxınlaşdıqda sürətləndiyi ortaya çıxıb.

Elm adamları bunun Apofisin 2068-ci ildə Yer kürəsinə çırpılma ehtimalını artırdığını iddia edirlər.

Havay Universitetinin Astronomiya İnstitutunun tədqiqatçıları Apofis asteroidinin “Yarkovski effekti” səbəbiylə sürətləndiyini kəşf ediblər. Araşdırmaya görə, Apofis Günəş işığı ilə itələnir və meteoritin bəzi hissələri digər hissələrə nisbətən daha sürətli isinir. “Yarkovski sürətlənməsi” də burada meydana çıxır.

2004-cü ildə kəşf edildiyi gündən bəri meteoritin hərəkətini izləyən astronom David Tolen deyib:

“Bu il “Subaru” teleskopu ilə apardığımız yeni müşahidələr Apofisin “Yarkovski sürətlənməsi”ni ortaya çıxardı. Bu, asteroidin ildə təxminən 170 metr irəlilədiyini göstərir. Bu, bu göy cisminin 2068-ci ildə dünyaya çırpılacağını bilmək üçün kifayətdir”.teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*