Kemerovo vilayətinin keçmiş qubernatoru Aman Tuleyev vəfat edib.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, o, 1997-ci ildən 2018-ci ilə kimi 21 il bu vəzifədə çalışıb.
O, “Qış albalısı” ticarət mərkəzində baş verən faciədən sonra işdən çıxıb. Onun 79 yaşı var idi.
Rəsmiyyə Şərifova,
KONKRET.az