Tiktokda canlı yayımda söyüş söyən həbs olundubackend

Tiktokda canlı yayımda söyüş söyən həbs olundu

Naxçıvanda sosial şəbəkədə söyüş söyən həbs olunub.

KONKRET.az lentaz-a istinadən xəbər verir ki, 37 yaşlı Ordubad rayon sakini Behbud Dadaşov (ad və soyad şərtidir) tiktok sosial şəbəkəsində canlı yayım açaraq, söyüş söyüb.

Bu əməlinə görə o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə Behbud Dadaşov 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*