Ağdam təmsilçisi “Qarabağ”ın heyətində nümayiş etdiyi parlaq oyunla diqqətləri üzərinə çəkən Kamilo Duran Avropa klublarının radarına düşüb.
KONKRET.az fanat.az-a istinadla xəbər verir ki, “köhlənlər”in bu ölkədən olan ulduzu karyerasını Şotlandiyada davam etdirə bilər.
Şotlandiyanın nəhəng klublarından olan “Seltik” gənc forvardın keçidini reallaşdırmaqda olduqca israrlıdır. Hazırda transfer dəyəri 2 milyon avro olan futbolçu üçün Qlazqo təmsilçisinin “Qarabağ” rəhbərliyinə 2,2 milyon avro məbləğində rəsmi təklif göndərməyi planlaşdırdığı bildirilir.
Ağdam klubunun aparıcı simalarından birinə çevrilən Duranın ÇL təcrübəsi bu keçidin reallaşmaq ehtimalını artırır. Yaxın günlərdə tərəflər arasında rəsmi danışıqların başlaması və “Qarabağ”ın bu transfer dəyərinə verəcəyi yekun cavab bəlli olacaq.
