Rusiyalı aktrisa Stasya Miloslavskaya ABŞ-ın tanınmış“Soyuqdan çıxan” serialında baş rollardan birinə dəvət edilib.
KONKRET.az xəbər verir ki, Netflix-də yayılan seriala görə, amerikalı Cenni qızı ilə birlikdə Avropaya tətilə gəlir. Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri ona yaxınlaşır, çünki o, gəncliyində rus casusu Anna Petrova olub.
Maraqlı süjet xəttinə görə serial tezliklə böyük tamaşaçı auditoriyası toplaya bilib.
Qeyd edək ki, rusiyalı aktrisanın 26 yaşı var. O, Rusiyada kinoteatrlardan birində çalışıb. Stasya bir sıra rus filmlərində əsas rollarda çıxış etsə də, onun dünya kino sənayesində parlaması xüsusilə diqqəti cəlb edib.

Rəsmiyyə Şərifova,
KONKRET.az
