3 parataekvondoçumuz Paralimpiadaya lisenziya qazandıbackend

3 parataekvondoçumuz Paralimpiadaya lisenziya qazandı

Azərbaycanın 3 parataekvondoçusu Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Dünya Taekvondosu rəsmi məktub göndərib.

Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) reytinq cədvəlinə əsasən Paralimpiadaya vəsiqəyə sahib olub. Onların hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq, “altılıq”da yer alacağı rəsmiləşib.

Parataekvondoçularımız Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*