HƏMAS hərbi qanadının komandiri və İsrailə qarşı hücumun əsas təşkilatçılarından biri hesab edilən İzzəddin əl-Həddad Qəzza zolağına hədəflənmiş zərbə nəticəsində zərərsizləşdirilib.
KONKRET.az xəbər verir ki, bu haqda HƏMAS məlumat yayıb.
“Həmasın yüksək rütbəli rəsmisi hərbi qanadın lideri əl-Həddadın ölümünü təsdiqləyir”, – təşkilatın bəyanatında deyilir.
