Rusiyada hazırlanmış fərdi onkoloji vaksini artıq ilk beş pasiyent üzərində tətbiq edilməyə başlanıb.
KONKRET.az xəbər verir ki, bunu Federal Tibbi-Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova açıqlayıb.
Onun sözlərinə görə, hazırda 35 nəfər vaksinasiya üçün gözləmə siyahısındadır.
Bildirilir ki, preparat hər bir xəstənin genetik materialı əsasında fərdi şəkildə hazırlanır. Hazırda vaksin yalnız bağırsaq xərçəngi hallarında istifadə olunur.
Həkimlərin məlumatına görə, ilk vaksin olunan pasiyent artıq altı doza qəbul edib. Vaksinin yaxşı mənimsənildiyi, təhlükəsiz olduğu və gözlənilən immun reaksiyanı yaratdığı qeyd edilir.
Məlumata əsasən, ötən ilin dekabr ayından etibarən xəstələrin müraciəti üçün xüsusi platforma fəaliyyət göstərir. Müraciətdən sonra beş iş günü ərzində onkoloqlardan ibarət konsilium vaksinasiya ilə bağlı qərar verir.
