Rusiyada erməni vətəndaşlarına, xüsusilə əmək miqrantlarına qarşı müəyyən məhdudiyyətlər tətbiq edilib.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzetində iddia irəli sürülüb.
“Rusiyaya iş üçün gedən bəzi Ermənistan vətəndaşları son günlər giriş zamanı çətinliklərlə üzləşib. Bəziləri isə Lars keçid məntəqəsindən geri qaytarılıb.
Bu şəxslərin ölkəyə buraxılmamasının səbəbləri rəsmi şəkildə açıqlanmayıb”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, son vaxtlar Rusiyanın Paşinyan hakimiyyətinə təzyiqlərə başlayacağı bildirilir. Versiyaya görə, Ermənistanda keçiriləcək seçkilər ərəfəsində Kreml hər vəchlə Paşinyanın mövqelərini zəiflətməyə çalışacaq. Yuxarıda qeyd olunan vəziyyətin məhz Moskvanın İrəvana “cəza tədbiri” olduğu iddia edilir.

