Bu ixtira hərbçilərimizi minalardan QORUYACAQ – VİDEObackend

Bu ixtira hərbçilərimizi minalardan QORUYACAQ - VİDEO

Gənc azərbaycanlının hazırladığı yeni ixtira sosial şəbəkələrdə böyük maraq və rəğbətlə qarşılanıb. Bildirilir ki, o, hərbçilərin təhlükəsizliyi üçün xüsusi siqnal sistemi hazırlayıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, ixtiranın əsas məqsədi minalı ərazilərdə hərəkət edən hərbçiləri əvvəlcədən təhlükə barədə xəbərdar etməkdir. Gəncin hazırladığı qurğu ayaqqabının içinə yerləşdirilir və yaxınlıqda mina və ya təhlükəli metal aşkar etdiyi zaman xüsusi siqnal verir.

Paylaşılan görüntülərdə qurğunun işləmə prinsipi nümayiş olunub. Sosial media istifadəçiləri isə bu təşəbbüsü yüksək qiymətləndirərək gəncin düşüncəsini təqdir ediblər.

İzləyicilər şərhlərdə belə layihələrin dəstəklənməsinin vacibliyini vurğulayıb, ixtiranın gələcəkdə hərbçilərin həyatını xilas edə biləcəyini qeyd ediblər. Bəzi istifadəçilər isə bu ideyanın daha da inkişaf etdirilərək geniş şəkildə istifadə olunmasını arzuladıqlarını bildiriblər.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*