40-dan çox ölkə Navalnının ölümünün araşdırılmasını tələb etdibackend

40-dan çox ölkə Navalnının ölümünün araşdırılmasını tələb etdi

Avropa İttifaqının 25-dən çox ölkəsi fevralın 16-da həbsxanada ölən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı beynəlxalq araşdırma aparılmasını tələb edir.

KONKRET.az xəbər verir ki, bu barədə “BILD” nəşri yazır.

“Biz Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnının ölümündən hiddətlənirik. Buna görə əsas məsuliyyət prezident Putin və Rusiya hakimiyyətinin üzərinə düşür. Rusiya onun qəfil ölümü ilə bağlı müstəqil və şəffaf beynəlxalq araşdırmaya icazə verməlidir”, – deyə Aİ sözçüsü Lotte Knudsen bildirib.

Siyasətçinin ölümü ilə bağlı beynəlxalq araşdırma tələbinə 43 ölkə, o cümlədən 27 Aİ ölkəsi, həmçinin ABŞ, Böyük Britaniya və Ukrayna qoşulub.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*