“Güclü Ermənistan” partiyalar blokunun deputatlığa namizədlər siyahısına rəhbərlik edən Narek Karapetyan bildirib ki, İrəvan müxalif əhval-ruhiyyəlidir və Nikol Paşinyan bunu anlayır.
KONKRET.az-ın xəbərinə görə, o qeyd edib ki, Paşinyan İrəvan küçələrinə çıxanda bunun “şouya” çevrildiyini görürlər, çünki insanların böyük əksəriyyəti ona reaksiya vermir, salamlaşmır və Nikolu rədd edir.
“İrəvan sakinləri hər şeyi görür və hakimiyyətin nə vəd etdiyini xatırlayır. İrəvan, seçkiyə gəl ki, onlar hakimiyyətdən getsinlər. Seçkilərdə iştirak etməyənlərin səsi Paşinyana gedir. Təsəvvür edin ki, əgər qalib gəlsələr, necə davranacaqlar? Onsuz da bu gün özlərini necə aparırlar, hamı görür”, – deyə Karapetyan bildirib.
Onun sözlərinə görə, hakimiyyət Ermənistanın maraqları ilə bağlı məsələlərdə güzəştə gedərək siyasi mövcudluğunu uzatmağa çalışır və hər gün yeni itkilərə yol verir.
“Zəngəzur ermənilərin olaraq qalmalıdır. Əgər açsaq, gəlib məskunlaşacaqlar”, – deyə o vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
