Niderland mümkün yoluxma hallarının artması fonunda hantavirusa qarşı eksperimental preparat partiyası alacaq. Söhbət Yaponiyanın “Fujifilm Pharmaceuticals” şirkəti tərəfindən hazırlanan “Favipiravir” preparatından gedir.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Hart van Nederland” məlumat yayıb.
Məlumata görə, istehsalçı şirkət dərmanı bir neçə Avropa ölkəsinə pulsuz göndərəcək. Niderlandla yanaşı, preparatı İspaniya və Fransa da alacaq.
