“Samvel Karapetyan ölkədə dəyişikliklərə görə məsuliyyət götürməyə hazırdır”.
KONKRET.az xəbər verir ki, bunu “Güclü Ermənistan” blokunun nümayəndəsi Aram Vardevanyan deyib.
“Güclü Ermənistan” blokunun nümayəndəsi mayın 22-də Malatiya-Sebastiya rayonunda keçirilən mitinqdə çıxışı zamanı hakimiyyəti son illərdə verdiyi vədləri yerinə yetirməməkdə günahlandırıb.
Vardevanyan bildirib ki, cəmiyyətdə ölkənin təhlükəsizliyi, suverenliyi və gələcəyi ilə bağlı ciddi narahatlıq var.
Siyasətçi qeyd edib ki, “Güclü Ermənistan” bloku konkret proqramla çıxış edir. O, 300 min yeni iş yerinin yaradılacağını və kiçik və orta sahibkarlıq üçün 0 faiz vergi tətbiq ediləcəyini açıqlayıb.
“Ermənistan təkcə güclü deyil, həm də firavan dövlət olmalıdır. Dəyişikliklər üçün etibarlı zəmanət lazımdır və Samvel Karapetyan bu məsuliyyəti üzərinə götürməyə hazırdır”, — deyə Vardevanyan vurğulayıb.
O, seçiciləri iyunun 7-də keçiriləcək seçkilərdə “Güclü Ermənistan” partiyasına səs verməyə çağırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
