“Bu ilin 9 ayında 58 tibb müəssisəsində xəstələrin qidalanma rejiminin təmin olunması, həmçinin qida normalarının normativ sənədlərin tələblərinə uyğun tətbiq edilməsi ilə bağlı yoxlamalar həyata keçirilib”.
KONKRET.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.
AQTA sədri 8 tibb müəssisəsində aşkar edilmiş pozuntularla bağlı materialların Baş Prokurorluğa göndərildiyini qeyd edib. Eyni zamanda, 28 tibb müəssisəsinin məsul şəxslərin yol verdikləri pozuntularla bağlı inzibati məsuliyyətə cəlb edildiyini açıqlayıb.