ABŞ Asiya ilə Avropa arasında tranzitin canlanması üçün Azərbaycanın əhəmiyyətini vurğulayıbbackend

ABŞ Asiya ilə Avropa arasında tranzitin canlanması üçün Azərbaycanın əhəmiyyətini vurğulayıb

“Azərbaycan həlledici rol oynaya bilər və Mərkəzi Asiya ölkələrini Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişaf etdirilməsi və rəqabət qabiliyyətinin artırılmasına çağıra bilər”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın Türkmənistandakı keçmiş səfiri “Trans-Caspian Resources” enerji startapının sədri və həmtəsisçisi Allan Mustard bildirib.

“Orta Dəhliz, deyildiyi kimi, çox vacib potensiala malikdir, lakin bunun üçün Mərkəzi Asiya ölkələri sərhədlərdəki problemləri həll etməli və onu daha rəqabətli etməlidir”, – deyə o bildirib.

Allan Mustardın fikrincə, Azərbaycan Orta Dəhliz boyunca, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca digər ölkələrin cəlb edilməsində həlledici rol oynaya bilər, bu ölkələr tərəfindən sərhədi keçməkdə gecikmələri azaldaraq bu marşrutların əhəmiyyətini artıra bilər ki, bu da malların daşınmasına imkan verəcək.

O əlavə edib ki, Zəngəzur dəhlizi layihəsi mühüm regional nəqliyyat marşrutu olacaq:

“Mən bunu Kanada boyunca ABŞ-ı Alyaska ilə birləşdirən magistral yolla müqayisə edirəm, çünki Alyaskada yüklərin çoxu dəniz və ya boru kəməri ilə çatdırılır. Magistral yol vacibdir, lakin çox sıx deyil”.

Sabiq səfirin sözlərinə görə, beynəlxalq ticarətin əsas hissəsi bundan sonra da Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Bakını Gürcüstanın dəniz limanları ilə birləşdirən avtomobil və dəmir yolu xətti ilə həyata keçiriləcək.

Mustard Cənub Qaz Dəhlizinin və Bakı ilə Gürcüstan, eləcə də Gürcüstan və Türkiyə arasında dəmir yollarının ötürücülük qabiliyyətinin genişləndirilməsini vacib hesab edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*