Ruslar pivədən sürətlə imtina edirbackend

Ruslar pivədən sürətlə imtina edir

Rusiyada pivə bazarında durğunluq dərinləşir. Qiymət artımı və sağlam həyat tərzinə marağın yüksəlməsi pivə istehlakını rekord həddə endirib.

KONKRET.az musavat.com-a istinadən bildirir ki, Rusiyada pivə bazarı durğunluq dövrünü yaşayır. Ötən il adambaşına pivə istehlakı illik 60 litrə enərək tarixi minimuma düşüb. Bu göstərici 2024-cü illə müqayisədə 17% azdır.

Mütəxəssislərin fikrincə, tələbatın azalmasına istehsal xərclərinin artması səbəbindən qiymətlərin bahalaşması, eləcə də istehlakçıların seçimlərinin dəyişməsi təsir göstərir.

Ekspertlər hesab edirlər ki, bu il pərakəndə pivə satışları cəmi 700 milyon dekalitr səviyyəsində ola bilər.

Bununla yanaşı, bu il “pivə inflyasiyası” 12% təşkil edəcək.

Məlumata görə, pivənin tədarükü ilə faktiki istehlakı arasındakı fərq də 173 milyon dekalitr səviyyəsində qalacaq. Bu isə 2020-2023-cü illərin göstəricilərindən üç dəfə yüksəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*