Kremlin qarşısında qarşıdakı iki ay ərzində müharibədə dönüş nöqtəsinə çatmaq kimi strateji bir hədəf var. Məhz bu səbəbdən Rusiya həm Ukraynaya, həm də beynəlxalq arenaya qarşı daha aqressiv bir siyasət yürüdür.
KONKRET.az xəbər verir ki, “The Independent” nəşrinin hərbi icmalçısı Robert Foks bir sıra amillərə diqqət çəkir: Rusiyanın NATO ölkələrinə qarşı təxribatlarının artması, Avropa sularında donanma və kəşfiyyat fəaliyyətinin güclənməsi, eləcə də Baltikyanı dövlətlərə qarşı informasiya hücumları bu aqressiyanın tərkib hissələridir. Lakin Kremlin bu xarici gərginlik siyasəti daxildə artan problemlərlə müşayiət olunur. Belə ki, ölkə daxilində yanacaq qıtlığı, rabitə və internet fasilələri kimi ciddi çətinliklər müşahidə edilir.
Foks hesab edir ki, payıza qədər istənilən nəticə əldə edilməyəcəyi təqdirdə, Putin daha radikal addımlar atmağa məcbur olacaq. Buraya yeni genişmiqyaslı səfərbərlik, hərbi vəziyyətin elan edilməsi və iqtisadiyyatın tamamilə hərbi relslərə keçirilməsi daxildir.\\musavat.com
