“ABŞ Hərbi Hava Qüvvələrinin yeni B61-13 taktiki nüvə bombası bir zərbə ilə Rusiyanın paytaxtı Moskvanın 310 mindən çox sakinini məhv etməyə imkan verəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın “Newsweek” nəşrinin məlumatında deyilir.
Bildirilir ki, əgər daha sıx məskunlaşan Sankt-Peterburqun mərkəzinə bomba atılsa, ölənlərin sayı 360 mini keçəcək.
“Bombanın partlamasından yarım mil radiusda olan hər kəs güclü bir atəş topunda buxarlanır Partlamanın iki mil radiusunda olanlar isə radiasiyaya məruz qalması səbəbindən bir ay ərzində öləcəklər. Sağ qalanların 15 faizi xərçəngdən öləcək, digər qismi isə yanıqlardan əziyyət çəkəcək”, – deyə nəşrdə qeyd olunur.
Oktyabrın 27-də ABŞ hərbçiləri maksimum məhsuldarlığının təxminən 350 kiloton olacağı gözlənilən yeni B61-13 bombası hazırlamağı planlaşdırdıqlarını açıqladı.
Pentaqonun hesabatında yeni bombanın daha mürəkkəb, geniş ərazili hərbi hədəfləri vurmaq üçün əlavə imkanlar yaratmaq məqsədi daşıdığı qeyd edilib.
Günel Mikayılova,
KONKRET.az
