Messi ilə bağlı suala cavab vermədi – Videobackend

Messi ilə bağlı suala cavab vermədi - Video

DÇ-2026-da Özbəkistanın qapısına 2 qol vuraraq tarix yazan Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo matçdan sonra diqqətçəkən açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, DÇ-2026-nın K qrupunun ikinci turunda Portuqaliya yığması Özbəkistanı 5:0 hesabı ilə darmadağın edib.

Qarşılaşmada dubl edən və matçın ən yaxşısı seçilən Ronaldo dünya çempionatları tarixinə keçib.

Matçdan sonra danışan 41 yaşlı hücumçu tənqidlərə cavab verib və gərgin əməyə inandığını vurğulayıb:

“Çalışana Tanrı kömək edər. Mənim üçün çətin və qaranlıq bir həftə idi. Sanki futboldan çoxdan təqaüdə ayrılmışam kimi bir ab-hava yaradılmışdı. Lakin mən hər zaman etdiyim kimi, dik dayanmağı bacardım. Çünki futboldan daha çox gərgin və dayanmadan çalışmağa inanıram”.

Jurnalistlərin əzəli rəqibi Lionel Messinin Argentina forması ilə dünya kubokunda vurduğu rekord qollar barədə verdiyi suala isə portuqaliyalı ulduz “növbəti sual” deyərək cavab verməkdən imtina edib.\\qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*