backend

ABŞ-da yaşayan azərbaycanlı COVID-19-dan öldü

ABŞ-ın Nyu-York şəhərində koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilən azərbaycanlı, 1968-ci il təvəllüdlü Hüseynov Sakit Hüseyn oğlu vəfat edib.

KONKRET.az report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan Rusiya vətəndaşı S.Hüseynov ötən gün müalicə aldığı xəstəxanada ölüb.

Onu ailəsinin razılığı ilə koronavirusdan ölənlər üçün nəzərdə tutulmuş qaydada Nyu-Yorkda dəfn ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*