ABŞ-də “super çərşənbə axşamı”: Bayden və Tramp irəlidədirlərbackend

ABŞ-də “super çərşənbə axşamı” - Bayden və Tramp irəlidədirlər

Prezident Co Bayden və Donald Tramp martın 5-də partiyaları tərəfindən ABŞ-nin 15 ştatında keçirilən “super çərşənbə axşamı” ilkin seçkilərində qalib gəliblər.

KONKRET.az ABŞ mediasına istinadən bildirir ki, bu qalibiyyət iki namizəd arasında prezidentlik uğrunda revanşın olacağı ehtimalını daha da artırıb.

Bayden Alabama, Arkanzas, Kolorado, Ayova, Men, Massaçusets, Şimali Karolina, Oklahoma, Tennessi, Texas, Vermont və Virciniyada demokratların səsini asanlıqla qazanıb. O, Ayova ştatında poçt vasitəsilə keçirilən səsvermədə də qalib gəlib.

Tramp isə Alabama, Arkanzas, Kolorado, Men, Şimali Karolina, Oklahoma, Tennessi, Texas və Virciniya ştatlarında keçirilən səsvermədə respublikaçıların səsini qazanıb.

Amerikanın Samoa adasında Ceyson Palmer demokratların namizədliyi uğrunda Baydenə qalib gəlib.

Trampın yeganə rəqibi olan BMT-nin keçmiş səfiri Nikki Heyli yalnız Vermontda ilkin seçkidə qalib gəlib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*