ABŞ ilk dəfə Rusiya aktivlərini Ukraynaya KÖÇÜRÜRbackend

ABŞ ilk dəfə Rusiya aktivlərini Ukraynaya KÖÇÜRÜR

ABŞ ilk dəfə Rusiya aktivlərini Ukraynaya köçürür.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Biz ilk dəfə olaraq, sanksiyaya məruz qalan rusiyalı oliqarxlardan müsadirə edilmiş aktivləri Ukraynaya ötürürük, bundan sonra bu vəsaitlər Ukrayna hərbi veteranlarına dəstək üçün istifadə olunacaq”, – deyə o bildirib.

Dövlət katibi Kiyevə köçürüləcək aktivlərin hansı oliqarxlara məxsus olduğunu açıqlamayıb. Amma söhbət 5,4 milyon dollardan gedir.

Qeyd edək ki, ABŞ Rusiyaya məxsus 330 milyard dolları dondurub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*