“Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib.
“Daha qısa zamanda hərbi biliklərə yiyələnməsi mümkün olduğu halda bu məsələ müzakirə oluna bilər. Hazırda bu məsələ müzakirə mövzusu deyil. Ödənişli hərbi xidmətin də tətbiqi bu gün gündəlikdə yoxdur”, – deyə general əlavə edib.

Müzakirə mövzusu olmayan məsələləri hər gün – hər saat gündəmə gətirməyin mənası nədir ki?..
Məncə azalmasa yaxşıdır.
Hər an hər dəq müharibə ola bilər.
Azalsada təlimlər davam etməlidir!
Çünki bizim ölkədə bir mövzu üstünə düşülməsə bir mənası olmur Ocuyan adamın 1 il əsgərlikdə nə işi var mən demirəm əsgərliyini çəkməsin vətənə xidmət etməsin amma bu müdəti yarıya endirin 6 ay məncə 6 ay çox ədalətli qərar olar çünki oxumuş insan hərbidə yox digər sahələrdə ölkəyə dəsdəy verə bilər