İyunun 30-da Yer kürəsində güclü maqnit qasırğası gözlənilirbackend

İyunun 30-da Yer kürəsində güclü maqnit qasırğası gözlənilir

İyunun 30-da Yer kürəsində G1 (zəif səviyyəli) maqnit qasırğasının baş verəcəyi gözlənilir.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Məlumata görə, iyunun 29-da maqnit qasırğasının yaranma ehtimalı 10 faiz təşkil edir. İyunun 30-da isə bu göstərici 87 faizə yüksələrək Yer maqnit sahəsində zəif dalğalanmaların olacağı proqnozlaşdırılır.

Alimlərin proqnozuna əsasən, iyul ayı ərzində maqnitosferin ümumilikdə sabit qalacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*