Netanyahu BƏYAN ETDİ: Ərdoğandan Trampa şikayət edəcəmbackend

Netanyahu BƏYAN ETDİ: Ərdoğandan Trampa şikayət edəcəm

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Təl-Əvivə qarşı səsləndirdiyi fikirləri ciddi qiymətləndirdiyini deyib.

KONKRET.az xəbər verir ki, Netanyahu hökumətin iclasında çıxışı zamanı deyib ki, İsrail Ərdoğanın “təhdidedici ritorikasına” çox ciddi yanaşır.

Onun sözlərinə görə, məsələ ilə bağlı ABŞ hakimiyyətini məlumatlandıracaq və bu bəyanatlara diqqət çəkəcək.

“Elə bir gün yoxdur ki, Ərdoğan İsrailin məhv olunması ilə bağlı çağırış etməsin. Biz bu sözləri çox ciddi qəbul edirik. Çünki kimsə bizi məhv etmək niyyətində olduğunu deyirsə, onun sözlərini ciddi qəbul etməliyik”, – deyə Netanyahu vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*