DİQQƏT: İctimai nəqliyyatda gedişhaqqını bu kartlarla ödəyə biləcəksiniz…backend

DİQQƏT: İctimai nəqliyyatda gedişhaqqını bu kartlarla ödəyə biləcəksiniz...

İctimai nəqliyyatda ödəniş sisteminin müasirləşdirilməsi istiqamətində atılan addımlar sərnişinlər üçün yeni imkanlar yaradır. Artıq bir çox marşrutda gedişhaqqını müxtəlif təmassız ödəniş vasitələri ilə həyata keçirmək mümkündür.

Bəs vətəndaşlar ictimai nəqliyyatda gedişhaqqını hansı bank kartları və rəqəmsal ödəniş vasitələri ilə ödəyə bilərlər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, sərnişinlər istədikləri ödəniş üsulundan istifadə edə bilərlər.

Ekspertdən Bakının yollarında çökmələrlə bağlı açıqlama: "Ciddi təhlillər  aparılmalıdır" Pravda.az

“Gedişhaqqını telefon, elektron pul kisəsi, ağıllı saat, eləcə də Visa, Mastercard və pensiya kartları daxil olmaqla fiziki bank kartları vasitəsilə ödəmək mümkündür.

Müxtəlif ödəniş üsullarının tətbiqi sərnişinlərin rahatlığını artırır və ictimai nəqliyyatda nağdsız ödənişlərin daha geniş istifadəsinə şərait yaradır”

Ekspert qeyd edir ki, Avtomatlaşdırılmış gediş haqqı ödəmə sisteminin (AFPS), sərnişin axınının izlənməsi və rəqəmsal dispetçerliyin tətbiqi müasir ictimai nəqliyyatın ayrılmaz hissəsidir. Bu sistemlər nəqliyyat vasitələrinin sayının artırılmasından daha çox, mövcud resursların səmərəli idarə edilməsinə imkan yaradır.

“AFPS (Automated Fare Payment System) – nağdsız ödənişlərin, vahid nəqliyyat kartlarının və mobil ödənişlərin tətbiqi ilə gediş haqqı yığımını şəffaflaşdırır, gəlirlərin uçotunu dəqiq aparmağa imkan verir. Azərbaycanda bu istiqamətdə mühüm addım 2015-ci il avqustun 8-də Bakı metropolitenində inteqrasiya edilmiş ödəniş sisteminin tərkib hissəsi kimi “BakıKart” sisteminin tətbiqi olub. Hazırda Bakıda xəttə çıxan 2350 avtobusun təxminən 2068-ı artıq elektron ödəniş sistemi ilə işləyir, yalnız 282 avtobusda nağd ödəniş tətbiq olunur.

Sərnişin axınının izlənməsi – validatorlar, sensorlar və digər rəqəmsal alətlər vasitəsilə hansı marşrutlarda, hansı saatlarda və hansı dayanacaqlarda daha çox tələbat olduğunu müəyyən edir. Bu məlumatlar marşrut şəbəkəsinin optimallaşdırılması və nəqliyyatın real tələbat əsasında planlaşdırılması üçün əsas rol oynayır.

Rəqəmsal dispetçer sistemi avtobusların real vaxt rejimində izlənməsini, interval və qrafiklərə nəzarəti təmin edir, gecikmələrə operativ reaksiya verməyə imkan yaradır.

Nəticədə nəqliyyat operatoru faktiki məlumatlara əsaslanan qərarlar qəbul edir, sərnişinlər isə daha proqnozlaşdırılan, rahat və etibarlı xidmətdən yararlanırlar. Bu səbəbdən yeni elektrik avtobusların alınması ilə yanaşı, AFPS, sərnişin axınının monitorinqi və rəqəmsal dispetçer sistemlərinin qurulması da paralel şəkildə planlaşdırılmalıdır. Bu komponentlər olmadan nəqliyyatın modernləşdirilməsi tam effekt vermir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*