Fevralın 23-də Amerika Birləşmiş Ştatları (ABŞ) rusiyalı müxəlifət lideri Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının təmsilçisi Con Kirbi məlumat verib.
“Rusiyanı məsuliyyətə cəlb etmək məqsədilə böyük sanksiyalar paketini elan edəcəyik”, deyə o, əlavə edib.
Qeyd edək ki, Navalnının ölümünə münasibət bildirərkən, Bayden bu hadisəni “hərbi cinayət” adlandırıb və Rusiyanın dövlət başçısını ittiham edib.
Xatirə SADİQ,
KONKRET.az
