Abşeronda avtomobilin vurduğu şəxs 10 gün sonra ÖLDÜbackend

Abşeronda avtomobilin vurduğu şəxs 10 gün sonra ÖLDÜ

Abşeronda avtomobilin vurduğu şəxs 10 gün sonra ölüb.

KONKRET.az xəbər verir ki, hadisə fevralın 23-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayon Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini, 1968-ci il təvəllüdlü Hacıyev Namik Yusif oğlu idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 1961-ci il təvəllüdlü Babayev Elşad Ənvər oğlunu vurub.

Nəticədə piyada E.Babayev xəsarət alıb. O, martın 5-də Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*