Aeroport şossesində avtomobil piyadanı vurdubackend

Aeroport şossesində avtomobil piyadanı vurdu

Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

KONKRET.az apa-ya istinadla xəbər verir ki, hadisə aeroport şosesinin Suraxanı qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

1990-ci il təvəllüdlü Səfərov Fikrət Mejdim oğlu şossenin piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəxiyyətdə xəstəxanaya çatdırılıb. Ona sağ topuq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*