AFFA-nın baş katibi vəzifəsinə YENİ TƏYİNATbackend

AFFA-nın baş katibi vəzifəsinə YENİ TƏYİNAT

AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında baş katib vəzifəsinə Cahangir Fərəcullayevin təyinatı ilə bağlı qərar qəbul olunub.

KONKRET.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat Xidməti məlumat yayıb.

Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.

O, 2004-20019-cu illərdə Engin, Deniz Service, Gametv.az Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.

2019-2020 illərdə “Caspiantech” şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.

***

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyevin vəzifəsindən ayrıldığı iddia olunur.

KONKRET.az Teleqraf.com-a istinadən xəbər verir ki, yerli medianın iddiasına görə, Hacıyev artıq federasiyadan gedib.

Məlumatı dəqiqləşdirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. Qurum rəsmisi cavabında “doğru xəbər deyil”- deyə bildirdi.

Qeyd edək ki, Sərxan Hacıyevin AFFA-dan ayrılması ilə bağlı xəbərlər ötən ilin sonlarında da yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*