SON DƏQİQƏ: Paşinyan hərəkətə keçdi – Ermənistanın yeni prezidenti bu şəxs olacaqbackend

SON DƏQİQƏ: Paşinyan hərəkətə keçdi - Ermənistanın yeni prezidenti bu şəxs olacaq

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasından prezident postuna bir neçə mümkün namizədin adı gündəmə gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, siyasi dairələrdə hazırkı prezident Vaaqn Xaçaturyanın səhhəti ilə bağlı müzakirələr aparılır və onun 2029-cu ildə başa çatmalı olan səlahiyyət müddətindən əvvəl vəzifəsini tərk edə biləcəyi ehtimalı var.

Qeyd edək ki, Vaaqn Xaçaturyan 2022-ci ildə 7 illik müddətə Ermənistan prezidenti seçilib.

Məlumata əsasən, bu iddialar fonunda prezident postuna potensial namizədlərin adları da çəkilir. Onların arasında hökumət aparatının rəhbəri Araik Arutyunyan, parlamentin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyanın olduğu bildirilir.

Rəsmi qurumlar isə hələlik bu məlumatlarla bağlı açıqlama verməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*