Azərbaycanda yumurta ucuzlaşdıbackend

Azərbaycanda yumurta ucuzlaşdı

Son günlər ölkə bazarlarında yumurtanın qiymətində ciddi ucuzlaşma qeydə alınıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, əvvəl 1 ədədi 9-17 qəpiyə satılan yumurtalar hazırda bəzi marketlərdə 3-4 qəpiyə təklif olunur. Hətta ayrı-ayrı satış məntəqələrində yumurtanın 1 qəpiyə qədər endirildiyi də bildirilir.

Qiymət enişinin əsas səbəbi kimi mövsümi amillər göstərilir. Yay aylarında yumurta istehlakının azalması, bununla paralel istehsalın artması bazarda təklifin yüksəlməsinə səbəb olur.

Bundan başqa, yumurta ixracının azalmasının da qiymətlərin ucuzlaşmasına təsir göstərdiyi istisna edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*