Afrika Millətlər Kuboku başlayırbackend

Afrika Millətlər Kuboku başlayır

Bu gün Afrika Millətlər Kuboku start götürür.

KONKRET.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası tərəfindən təşkil olunan 34-cü turnir Fil Dişi Sahilində baş tutacaq.

Yarış 13 yanvar – 11 fevral tarixləri arasında keçiriləcək. Afrika Millətlər Kubokunda 24 komanda 6 qrupda mübarizə aparır.

Turnirin son qalibi Seneqal milli komandasıdır.

Qeyd edək ki, yarışda Azərbaycan Premyer Liqasından Kabo-Verde yığmasında çıxış edən “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*